Ölkədə dizel yanacağına olan tələbat 21 faiz artıb

  • By admin
  • 16 Aprel 2018 15:05

Bu ilin yanvar-mart aylarında neft və neft-kimya məhsullarının ixracı 413 min ton təşkil edib.

Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki,  əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişim olub.  Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21% artması ilə bağlıdır.

Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır.

Bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artıb. Belə ki, 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3%, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlib.

Vüsalə

Gununsesi.info