Ölkədə qızıl-gümüş bazarında  SON QİYMƏTLƏR

  • By admin
  • 14 Mart 2018 22:06


Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.

Qızılın qiyməti təxminən 14,88 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 257,25 manat təşkil edib.

Trend-in məlumatına görə, son 30 gün ərzində (14 fevral – 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub – 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb – 2 234,94 manat

 

Gununsesi.info