Ölü qadın uşaq doğdu

  • By admin
  • 08 İyun 2016 17:35
olu
Portuqaliyada 4 ay əvvəl beyin ölümü keçirən qadın ana olub. Gununsesi.info Ansprerss-ə istinadən  bildirir ki, ana körpəni qeysəriyyə üsulu ilə dünyaya gətirib.
Paytaxt Lissabonda bir xəstəxanada ana bətnində 32-ci həftəsini tamamladıqdan sonra dünyaya gələn oğlan uşağının çəkisi 2 kq 350 q olduğu və onun sağlamlığında heç bir problemin olmadığı bildirilib.
Körpənin anası beyninə qansızma nəticəsində 20 fevralda dünyasını dəyişib. Həkimlər beyin ölümü keçirən qadının hamiləliyində heç bir problemin olmamasını nəzərə alaraq atasının razılığını aldıqdan sonra onu süni nəfəs aparatından ayırmayıblar.
Bu körpə Portuqaliyada beyin ölümü keçirən bir ananın bətnində ən uzun müddət yaşayan uşaq kimi tarixə düşüb.
Analoji hadisə aprel ayında Polşada baş verib. Ana ölümündən 55 gün sonra uşaq dünyaya gətirib.
Hadisə Polşanın Vrotslav şəhərində yerləşən xəstəxanaların birində baş verib. 41 yaşlı xərçəng xəstəsi olan qadının beyin ölümü reallaşıb. Qadına diaqnoz qoyulan zaman isə o, 17 həftəlik hamilə olub.