Ölüm ayağında olan Nardaran məhbusu azadlığa buraxıla bilərmi? - PENİTENSİAR XİDMƏTDƏN AÇIQLAMA

  • By admin
  • 18 İyun 2019 12:17

Son günlər mediada Nardaran hadisələrinə görə həbs edilən zaman əlil olan Əbülfəz Bünyadovun sağlamlıq durumu barədə müzakirələr aparılır.

Qeyd edək ki, hüquq müdafiəçiləri və vəkilləri çarpayı şəraitində cəza çəkən Əbülfəz Bünyadovun səhhətinin daha da pisləşdiyini, onun azadlığa buraxılmalı olduğunu deyib.

Gununsesi.org-un əməkdaşı məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Mehman Sadıqov bildirib ki, səhhətinə görə cəzadan vaxtndan azad etmə qanunvericiliklə müəyyən olunub: “Bu məsələ ilə bağlı həmin şəxsin vəkilləri qanunverciliklə müəyyən olunan qaydada müraciət edə bilər. Məhkəmə həkimlərin rəyi əsasında şəxsi məhkum olunduğu cəzadan vaxtından əvvəl azad edə bilər”.

Gunay Təhməzova

Gununsesi.org