Ölüm xəbəri yayılan prezidentin səhiyyə işçilərinə təbriki - TÜRKMƏNİSTANIN RUSİYADAKI SƏFİRLİYİ İSƏ...

  • By admin
  • 21 İyul 2019 20:18

 

Ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin tibb sahəsində çalışanlara təbrik məktubu ünvanlayıb.

Gununsesi.org xəbər verir ki, o, Səhiyyə və tibb işçiləri günü ilə bağlı təbrikində Türkmənistanın səhiyyə sisteminin uğurlarından bəhs edib.

 Berdimuhammedov qeyd edib ki, ölkənin səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməsi üçün uğurla iş aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb. Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.

Gununsesi.org