Ölümcül virus yayıldı - ÜST-DƏN XƏBƏRDARLIQ

  • By admin
  • 18 İyul 2019 10:05

“Ebola” virusunun yayılması dünya miqyaslı fövqəladə hadisə kimi dəyərləndirilir.

Lenta.ru xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bildirib.

 Bu qiymət epidemiyanın Konqonun 2-milyonluq Qoma şəhərində yayılmasından sonra verilib. Qiymətləndirməyə əsasən, dünya içtimaiyyəti bu bölgəyə maddi və texniki yardımını güçləndirməlidir.

Ebola virusu dərmanı hələ də kəşf olunmayan nadir ölümcül xəstəlikdir. O, 2014-15-ci illərdə dünyada 11 min insanın ölümünə səbəb olub.