Ölümü asanlaşdıran əməllər

Ölümü asanlaşdıran əməllər

Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu, sənin qaçdığın həmin şeydir”. (“Qaf” 19).

Ölüm haqdır və heç kəs ondan qaça bilməz. Ölümün asan olması üçün Məsumlarımızın (ə) bizə tövsiyələri vardır ki, onlara əməl edərək, nicat tapa bilərik.

1. Əhli-Beytə (ə) əməldə məhəbbət göstərmək. Əhli-Beyti (ə) sevmək – elə açardır ki, həm Qiyamət günü və həm də ölən zaman insanınyardımına gələr. Hədislərdə oxuyuruq ki, mömin insan ölən zaman Həzrət Peyğəmbər (s), İmam Əli (ə) və başqa Məsumlar (ə) onun başının üstünəgələr və ölüm mələyinə onu tapşırarlar.

 

Lakin o kəslər ki, bu sevgini əməldə təzahür edir, onlara edilən yardımların sayı daha çox olacaqdır. Belə ki, İmam Rza (ə) buyurur: “Məbada yaxşı əməlləri Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğunu saleh əmələ söykəndiyiniz üçün əldən verəsiniz. Çünki bunların hər ikisinin heç biri tənhalıqda qəbul olunmaz”. (Tebyan)

 

2. Valideynə ehtiram. İnsan gərək həyatı boyu ata və anasına qarşı layiqli rəftarlar nümayiş etdirib, onların ehtiramını saxlasın. Ölən zaman da onların haqqına əda etsin. “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə)pəhrizkarların öhdəsinə düşən bir haqdır”. (“Bəqərə” 180).

 

3. Sileyi-rəhm etmək. Mömin gərək qohumları ilə əlaqəsini kəsməsin, onların şad və qəmgin günlərində yanında olsun, onlara həyatçətinliklərində dəstək olsun. İmam Sadiq (ə) buyurur: “Hər kim istəyirsə ki, Allah canını almağın çətinliyini onun üçün asan etsin, gərək sileyi-rəhm etsin. Ata və anasına yaxşılıq etsin. Çünki belə olan halda, Allah canını almağı onun üçün asan edər, dünyada pərişanlığa və yoxsulluğa düçar olmaz”.

Gununsesi.org

COMMENTS