On aydır ki, amansız mübarizə aparırıq - ANAR BAĞIROV DEPUTATLARA SƏSLƏNDİ

  • By admin
  • 14 Oktyabr 2018 09:59

 

Milli Məclisin son iclasında YAP-çı millət vəkili Siyavuş Novruz Azərbaycanda vəkillərin mövcud durumu barədə danışıb. Millət vəkili deyib ki, bəzi hallarda rüşvət üstündə hüquq-mühafizə orqanlarından qovulanlar sonradan vəkil olur: “Rüşvətxorluq üstündə işdən qovulanların heç bir halda  bu işlə məşğul olmasına icazə verilməməlidir. Axı sən işləyəndə insanların hüququnu pozmusan. İndi, gəlib hüquq müdafiəçisi olmusan?!”.

Deputatın fikirlərinə münasibət bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Gununsesi”nə açıqlamasında vəkillik institutunun güclənməsində parlamentin də təşəbbüskar olmasının vacibliyini deyib: “Rüşvətə görə qovulanlar başqa yerlərdə işlə təmin oluna bilər. Mən vəkillər arasında bu cür hallara rast gəlməmişəm. Vəkil adından istifadə edən işbazlara qarşı on aydır ki, Vəkillər Kollegiyası tərəfindən amansız mübarizə aparılır. Qeyd edim ki, bu cür hallara görə yalnız inzibati məsuliyyət nəzərdə tutulub. Yaxşı olardı ki, bu cür qanun pozuntuları üçün daha ciddi məsuliyyət növü nəzərdə tutulsun. Hətta buna görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Millət vəkilləri bunun üçün statusları var”.

Gununsesi.org