Onlardan biri bu gün Prezident olacaq - 30 MİLYON SEÇİCİ İKİNCİ TURDA SƏS VERİR

  • By admin
  • 21 Aprel 2019 10:24

Ukraynada prezident seçkilərinin II turu start götürüb. Seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb və 20:00-dək fəaliyyət göstərəcək.

Gununsesi.org-un xəbərinə görə, seçicilərin sayı təqribən 30 milyon nəfər təşkil edir.

Ukrayna xalqı Volodımır Zelenski ilə hazırki ölkə başçısı Petro Poroşenko arasında seçim edəcək.

Güclü siyasi rəqabət nəticəsində keçirilən seçkilərdə ən yüksək reytinqə komediyaçı Volodımır Zelenskinin sahib olduğu deyilir.

41 yaşlı Zelenski satirik televiziya tamaşısında oynadığı rolu gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Zelenskinin əsas rolda çıxış etdiyi həmin tamaşa korrupsiya ilə mübarizə aparan sıravi vətəndaşın necə prezident seçildiyindən bəhs edir.

Gununsesi.org