Onu makiyajsız çəkmək istəyənlərə əsəbiləşdi - FOTO

  • By admin
  • 11 Dekabr 2019 12:58

Türkiyənin məşhur müğənnisi Sertab Erener makiyajsız halı ilə gündəmə gəlib.

Gununsesi.org xəbər verir ki, ötən gün İstanbul hava limanında görüntülənən 55 yaşlı pop ulduz onu çəkən fotoqraflara əsəbiləşib. O, KİV nümayəndələrini yanına çağıraraq video və şəkillərin silinməsini tələb edib.

“Mən məşhur deyiləm. Fotoları silin. Əvvəlcə gəlib məndən şəkil çəkmək üçün icazə istəyin. İcazəsiz niyə çəkirsiz? Yoldan keçən birinin fotosunu çəkin, onda görün həmin şəxs sizə nələr edəcək?! Məni çəkməyin, istəmirəm. Mən məşhur deyiləm, əvvəlcə bunu öyrənin! Tez fotolarımı silin!”, – deyə sənətçi qəzəblənib.

Gununsesi.org