“Oqtay Gülalıyev hələ də komadadır” – Oğlu danışdı – ÖZƏL

  • By admin
  • 08 Noyabr 2019 15:23

Bakıda avtomobil vurması nəticəsində ağır vəziyyətə düşən insan hüquqları müdafiəçisi Oqtay Gülalıyev Türkiyəyə aparılsa da, vəziyyəti ağır olaraq qalır. Bu barədə Gununsesi.org-a hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib: “Durumu hələ də ağırdır. Suni nəfəs aparatından çıxarılmasına baxmayaraq, koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliləyiş yoxdur”. Gununsesi.org