Oqtay Gülalıyev ikinci dəfə əməliyyat edildi: Nəfəs almır, qorxulu bir şey…

  • By admin
  • 20 Noyabr 2019 18:03

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün ikinci dəfə beyin əməliyyatı keçirib. Əməliyyatla beyindən ödəmi təmizləyiblər.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı jurnalist-yazar Zümrüd Yağmur paylaşıb. O bildirib ki, həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki, ümidverici bir şey yoxdur”.

Adil Qeybulla isə Oqtay Gülalıyevin bir müddət öncə ağ ciyərinə düşən infeksiya ilə bağlı deyilənlərə aydınlıq gətirib. Professor bildirib ki, yataq xəstəsi olan insanın ağ ciyərinə infeksiya düşməsi mümkün bir şeydir:

“Bu, olduqca normal bir şeydir, belə bir şey olur və qarşısı da alınır. Yataq xəstələrində durğunluq plevmaniyası ola bilir. Çünki ağ ciyərlər normal çalışmır. Bu da ciyərə infeksiya düşürmüş kimi dəyərləndirlir. Xüsusilə də, bu, traxastamiyadadır, yəni burnu ilə nəfəs almır, borudan nəfəs alır. Bu da qorxulu bir şey deyil”.

Dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərində yerləşən “Amerikan” xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday” markalı avtomobilin sürücüsü törədib.

Gununsesi.org