Oqtay Gülalıyevi əməliyyata aldılar

  • By admin
  • 30 Oktyabr 2019 15:09

 

Saat 12:30-a yaxın City Hospital klinikasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin üzərində neyrocərrahiyyə əməliyyatı başlayıb.

Bu barədə Gununsesi.org-a hüquq müdafiəçisinin ailə üzvləri bildirib.

Bundan öncə Səhiyyə Nazirliyi bildirmişdi ki, zərərçəkənə kompüter tomoqrafiyası edilib. Həkimlər kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozu qoyublar.

“Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”, – press-relizdə deyilir.

Yaxın qohumlarının təkidilə O.Gülalıyev City Hospital özəl klinikasına köçürülüb. Vəziyyəti ağırdır.

Hadisənin sui-qəsd olmasına dair iddialar artmaqdadır.