Ordu şəhərdən çıxarılır

  • By admin
  • 22 Avqust 2016 17:26
15-temmuz-darbesi-sonrasında-halkın-direnişi
FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə hkuməti iri şəhərlərdən, xüsusən də İstanbul və Ankarada yerləşən hərbi hissələrin şəhərdən çıxarılması haqqında qərar qəbul edib və artıq bu qərara icra olunmağa başlanılıb.
Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki,  avqustun 22-də İstanbuldakı  Zirehli Piyada  hərbi hissəsi  şəhərdən çıxarılmağa başlayıb.
 Ordu İstanbuldakı daimi dislokasiya yerini bundan sonra Tekirdağda Çorlu və Beşiktepəyə dəyişməli  olacaq və orada yerləşəcək. Bu gün 6 TİR maşınla zirehli texnika  şəhərdən Tekirdağ istiqamətində yön alıb. Digər hərbi texnika da tədricən şəhərdən çıxarılacaq. 
Gununsesi.info