Orduxan Teymurxana cinayət işi açıldı

  • By admin
  • 07 Dekabr 2018 14:24
Azərbaycan Respublikasıı prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi emiqrant, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb.
Gununsesi.org contact. az-a istinadən xəbər verir ki, onun haqqında rəsmi axtarış elan edilib
Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur.
Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur.
Prokurorluğun mətbuat xidməti və blogerin özü həmin informasiya ilə bağlı hələ ki şərh verməyiblər.