Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA

  • By admin
  • 19 Noyabr 2019 18:31

“Ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır. Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur”.

Gununsesi.org-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir Sahil Babaye sosial yönümlü islahatların bundan sonra daha da genişləndirilərək davam etdiriləcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə, 30 faiz və ya 29,8 milyon manat çoxdur.

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.

 

Gununsesi.org