Ötən ay ixrac olunan neft məhsullarının həcmi açıqlandı- SOCAR

Ötən ay ixrac olunan neft məhsullarının həcmi açıqlandı

ARDNŞ_inzibati_binası

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyul ayında 26 min 754 ton dizel yanacağı, 4 min 801 ton təyyarə yanacağı, 8 min 904 ton yüksək təzyiqli polietilen, 1 min 270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 618 ton propilen və 3 min 185 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan Gununsesi.info -ya bildiriblər ki, ümumilikdə, 2016-cı ilin yanvar-iyul ayları ərzində 415 min 978 ton dizel yanacağı, 133 min 539 ton təyyarə yanacağı, 2 min 5 ton soba mazutu, 55 min 800 ton yüksək təzyiqli polietilen, 8 min 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 min 215 ton maye piroliz qətranı, 28 min 171 ton propilen və 13 min 271 ton butilen butadien fraksiyası ixrac edilib.

2016-cı ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 440,30 ABŞ dolları, təyyarə yanacağının – 419,26 dollar, dizel yanacağının – 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti – 243,33 dollar, yüksək təzyiqli polietilenin – 1160 dollar, butilen butadien fraksiyasının – 440,57 dollar, maye piroliz qətranının – 440,30 dollar, propilenin qiyməti – 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 920 avro təşkil edib.

Gununsesi.info

COMMENTS