Övladlığa uşaq götürən tanınmış müğənni: “Nişanlı olmuşam, taleyim gətirməyib” - Video

  • By admin
  • 03 Dekabr 2019 18:41

ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı müğənni Niyam Salami olub.

Gununsesi.org xəbər verir ki, evliliyindən, keçmişindən danışan müğənni maraqlı açıqlamalar verib:

“Deyirlər ki, niyə evlənmirsən? Müğənni ailəsində elə məsuliyyət var ki, çox çətindir. Qadın məsuliyyəti, ailə məsuliyyəti başqa şeydir. 42 yaşım var, evlənmişəm. Nişanlı olmuşam, elə olub ki, talehim gətirməyib. Ona görə də babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam, onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur, öz övladlarım, ya qardaş-bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam”.

 

Gununsesi.org