Özbək və tacik plovu UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındı

  • By admin
  • 04 Dekabr 2016 19:34

ozbak-plovu

 

Özbək və tacik plovu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Gununsesi.info-nun məlumatına görə, Tacikistanda “Oşi”, Özbəkistanda “Palav” adlandırılan plov düyü, ət, kök və müxtəlif ədviyyatlardan hazırlanır. Plovun bu ölkələrdə təxminən 200 növü var.

Bu ölkələrdə, həmçinin “Toy plovu” ənənəsi də var. Belə ki, toy gününün səhəri qonaqlar plova qonaq edilirlər.

Özbəkistan və Tacikistanda demək olar ki, bütün kişilər və qadınlar plov bişirə bilirlər. Mərasim plovunu bişirmək isə bir qayda olaraq kişilərə həvalə edilir.

Gununsesi.info