Özbəkistanda DTX rəhbəri həbs edilib - KORRUPSİYADA İTTİHAM OLUNUR

  • By admin
  • 15 Fevral 2019 12:31

Özbəkistan mətbuatının əvvəllər səhhətinə görə istefası barədə məlumat verdiyi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri İxtiyor Abdullayev işdən çıxarıldığı gün korrupsiya ittihamı ilə saxlanılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə AzadlıqRadiosunun məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, Abdullayev bir ay müddətinə saxlanılıb və hal-hazırda o, istintaq təcridxanasında sorğulanır.

Prezidentlə arası dəymiş Abdullayev bir ay müddətinə saxlanılıb və hal-hazırda o, istintaq təcridxanasında sorğulanır.

Xəbərlərdə onun son il ərzində onurğasında və gözündə iki çətin əməliyyat keçirdiyi bildirilib.

52 yaşlı Abdullayev Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinə ötən ilin yanvarından başçılıq edib. Daha öncə o, baş prokuror və Özbəkistan parlamentinin yuxarı palatasının üzvü olub.

Abdullayev fevralın 11-də vəzifədən sui-istifadə etmək və rüşvət almaq və vermək ittihamları ilə həbs olunub. Özbək məmurlarının biri Azadlıq Radiosuna Abdullayevin qohumları və Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşına qarşı cinayət işi açılaraq həbs olunduqdan sonra vəzifədən azad edildiyini deyib.

Şövkət Mirziyoyev hakimiyyətə gəldikdən sonra sabiq prezident İslam Kərimovun kadrlarını dəyişir.
Şövkət Mirziyoyev hakimiyyətə gəldikdən sonra sabiq prezident İslam Kərimovun kadrlarını dəyişir.

Başqa mənbələr bildirir ki, Özbəkistan prezidenti Şövkət Mirzioyevin onun ailə üzvlərinin telefon danışıqlarının dinlənilməsi və onların izlənməsi ilə bağlı məlumatı aşkara çıxardıqdan sonra onunla Abdullayev arasında ixtilaf yaranıb.

Mirzioyev fevralın 2-də öz qızının həyat yoldaşını Dövlət Təhıükəsizlik Xidmətinin rəis müavini təyin edib.