“Özümdən 14 yaş böyük kişiyə ərə getdim” - İlhamə

  • By admin
  • 20 İyul 2016 17:59

ILHAMA

 

Müğənni İlhamə Qasımova uğursuz ailə həyatından danışıb.

Gununsesi.info-nun məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında özündən 14 yaş böyük kişiyə ərə getdiyini bildirib:

“17 yaşımda ailə qurmuşam, erkən idi. Ərə getdiyim insanın 31 yaşı var idi. Övladımız olmadı, sağlamlıq problemlərimiz yarandı. Çox böyük problemlər yaşandı. Böyüklərin razılığı ilə ayrıldım.
O vaxt qızın adına söz çıxardanda mütləq ərə gedirdi. Oğlan evi də mənim adıma söz çıxardı ki, onu almışıq. Məcbur olub ailəm məni ona ərə verdi”.

İ.Qasımova ikinci ailəsinin uğurlu alındığını və xoşbəxt olduğunu deyib:

“Həyatda hər şey baş verə bilər. İnsan şansını sınamalıdır”.

Gununsesi.info