Pərvinlə sevgilisinin qalmaqallı ad günündən videosu yayıldı - VİDEO

  • By admin
  • 02 Dekabr 2019 14:29

Aktrisa Pərvin Abıyevanın sevgilisi Murad Abdullayevin işdən çıxarılmağına səbəb olan ad günündən daha bir qalmaqallı video yayılıb.

Gununsesi.org xəbər verir ki, görüntülərdə kresloda əyləşən eks-polisin qarşısında rəqqasə Renka Ağamuradova və sevgilisi rəqs edir.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev M.Abdullayev “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozduğu üçün Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.