Pərviz Həşimli yazır: “Kim rədd olsun… -VƏTƏNDAŞLARIN TELEFONUNU DİNLƏYƏN NƏTAVAN MÜRVƏTOVA YOXSA, JURNALİSTLƏR...

  • By admin
  • 16 Fevral 2017 09:19

natavan

 

Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinə xidmət edən MTN-nin sabiq vəzifəlilərinin məhkəmə prosesi təbii olaraq, cəmiyyətin maraq dairəsindədir. Məhz bu marağın nəticəsidir ki, qapalı keçirilməsinə rəğmən media mənsubları məhkəmə binası ətrafında toplaşır. Çünki, bu ünsürlərlə bağlı hər kiçik xəbər geniş ictimai əhəmiyyət kəsb edir.

Bəlkə də prosesin qapalı aparılması bu dəstə üzvlərinin maraqlarına uyğun idi ki, onların əməlləri, hakim qarşısındakı ittihamlara münasibətlərindən kimsə xəbərdar olmayacaq. Düşünürdülər ki, zərəçəkənlərin məhkəmə zalında onları necə ifşa edəcəyini də kimsıə bilməyəcək.

Amma düşündüklərinin əksi oldu. Media nümayəndələri prosesdə danışılanlardan müxtəlif vasitələrlə də olsa xəbər tuta bilir. Hələ istintaq dövründə Gununsesi.info olaraq, bu dəstə üzvlərinin istintaq hərəkətləri ilə bağlı sesnsasion məqamları ictimaiyyətə çatdıra bildik.

Son proseslərin birində 1 illik ev dustaqlığı şəraitində qocalan general Nətavan Mürvətovanın nə rütbəsibnə, nə də yaşına yaraşmayan hərəkətinin şahidi olduq.

Fotosunu çəkmək istəyən media nümayəndələrinə “Rədd olun” deyə təhqirlər işlədən xanım general əsəblərinə də hakim ola bilmirdi. O olayı seyr edərkən hətta avtomobilin qapısını belə tapa bilmirdi.

Ağırdır…

İndi düşünsün ki, MTN-də çalışdığı dönəmlərdə insanların şəxsi həyatına müdaxilə edən, onların ailə üzvləri ilə telefon danışıqlarını belə dinləyən (Öz başıma gələn olaydır-müəllif) bu adam adi fotosunun çəkilməsinə etiraz edir, bununla barışa bilmir.

İndi Siz deyin: Kim rədd olmalıdır? VƏTƏNDAŞLARIN TELEFONUNU DİNLƏYƏN NƏTAVAN MÜRVƏTOVA YOXSA, JURNALİSTLƏR…

natavan

 

Pərviz Həşimli