Pablo Eskobara məxsus olan oteldə 5 milyona dəniz mənzərəli otaq kirayələdi - FOTOLAR

  • By admin
  • 24 Yanvar 2020 20:23

Rusiyalı müğənni Svetlana Loboda ailəsi ilə birlikdə istirahətə yollanıb.

Gununsesi.org xəbər verir ki, Meksikanın Tulum şəhərində dincələn sənətçi bu tətili üçün 5 milyon rubl (təxminən 137 min 500 manat) pul xərcləyib.

O, keçmişdə kolumbiyalı narkobaron Pablo Eskobara məxsus olan oteldə dəniz mənzərəli otaq kirayələyib.

Sənətçiyə burada 1 gecə qalmaq ona 100 min rubldan (təxminən 2750 manat) baha başa gəlib.

10 günlük istirahətdən sonra ölkəsinə qayıdıb bir neçə konsert verən sənətçi yenidən Meksikaya uçmaq qərarına gəlib. (axşam.az)

 

 

 

Gununsesi.org