Pakistan-Əfqanıstan sərhədində 5,8 bal zəlzələ oldu

  • By admin
  • 14 Oktyabr 2019 10:10

Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.org-un məlumatına görə, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

 

 

Gununsesi.org-