Pakistanda baş verən dəhşətli qəzada 15 nəfər yanaraq öldü

  • By admin
  • 13 Dekabr 2019 14:35

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu ilə benzindaşıyan maşının toqquşması nəticəsində 15 nəfər həyatını itirib.

Məlumatı “Express Tribune” agentliyi yayıb.

Rəsmi orqanlar xəbər verir ki, qəza Killa-Seyfulla kəndinin yaxınlığında baş verib. Toqquşma nəticəsində benzin daşınan çəndə yanğın başlayıb. Yol kənarında olan xəndəyə yuvarlanan hər iki avtomobili alov bürüyüb. Avtobusda olan sərnişinlərin hamısı yanaraq həlak olub.

Bəlucistan əyalətinin Baş naziri Cam Kamal hadisə ilə əlaqədar hərtərəfli istintaq aparılmasını tapşırıb.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org