Pakistanda güclü partlayış baş verdi - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 24 İyul 2019 10:00

Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.

“RİA Novosti” xəbər verir ki, canilər motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.

Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı istintaq aparılır.

Kvetta – Əfqanıstan sərhədi yaxınlığında yerləşir və Belucistan vilayətinin ən böyük şəhəridir.

Gununsesi.org