Pakistanın Azərbaycandakı Səfiliyi əczaçı şirkətləri Bakıya gətirdi

  • By admin
  • 12 Dekabr 2019 12:13

Dekabrın 10-11-də Bakı Biznes Mərkəzində Pakistanın Azərbaycandakı Səfiliyinin təşkilatçılığı ilə Mərkəzi Asiyada ən böyük Sağlamlıq Sənayesi Sərgisi keçirilib.

Gununsesi.org xəbər verir ki, istehsalçılar, sənayeçilər, alıcılar, təchizatçılar və ticarətçilərin bir məkanda toplandığı əczaçılıq tədbirində Pakistan istehsalı olan mallar geniş tərkibdə nümayiş olunub.

Tədbirdə iştirak edən bəzi şirkətlər ilk dəfə Azərbaycana gəlib. Sərginin sonunda çıxış edən Pakistan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Səid Xan Pakistanın ən böyük Sağlamlıq Sənayesi Sərgisinin qardaş ölkə olan Azərbaycanda keçirilməyindən məmnunluğunu bildirib.
Bu sərgidə iştirak edən əczaçı şirkətlərin istehsal etdikləri malların keyfiyyətinə toxunan səfir onların Azərbaycan bazarına qoşulmasının əhəmiyyətini vurğulayaraq,  hər birinə uğurlar arzu edib. Sonda sərgidə iştirak edən şirkətlərin nümayəndələrinə Pakistanın Azərbaycandakı Səfirliyi tərəfindən sertifikatlar təqdim olunub.

Gununsesi.org