Parisdə Azərbaycan-UNESKO əməkdaşlığının perspektivləri müzakirə olunub

  • By admin
  • 29 Oktyabr 2019 22:09

UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub.

Gununsesi.org xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azad Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.

Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər dl görüş zamanı müzakirə mərkəzində olub. Bununla yanaşı, ölkəmizin Tərəflər Konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər diqqət də mərkəzində olub.

Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

 

Gununsesi.org