“Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə… - MİLLİ MƏCLİSDƏ QALMAQAL

  • By admin
  • 14 Noyabr 2018 18:27

Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb.

Gununsesi.org  xəbər verir ki, buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi  olub:

“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə haradadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.

 

Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.

Bu dəfə yenidən müdaxilə edən V.Ələsgərov “Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə, o zaman deyin. Yazın  hökumətə, qoy etsinlər” deyə bildirib.

Mübahisəyə sonda müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbirli olmağa çağırıb:“Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.

Gununsesi.org