Parlamentdə baş nazirin üzünə mürəbbə atdılar - VİDEO

  • By admin
  • 15 Fevral 2019 09:32

Parlamentdəki çıxışı zamanı Albaniya baş naziri Edi Ramanın üzünə mürəkkəb atıblar. İnsidentlə əlaqədar iclas yarımçıq dayandırılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə fevralın 14-də – Albaniya parlamenti Şimali Makedoniyanın NATO-ya daxil olması haqda protokolun ratifikasiyasına baxarkən baş verib.

İclasın gedişində müxalifətdən olan deputatlar hökuməti korrupsiyada ittiham ediblər. Qalmaqal da elə bu zaman yaşanıb. Demokrat Partiyasından olan Edi Paloka baş nazirə yaxınlaşaraq şpritslə onun üzünə mürəkkəb sıçradıb. Parlamentin spikeri iclası dərhal dayandırıb.

Hazırda mürəkkəbin tərkibində zərərli kimyəvi maddələrin olub-olmadığı araşdırılır. Deputat Paloka isə parlamentdəki fəaliyyətindən 10 günlük uzaqlaşdırılıb.

Sonradan iclas işini davam etdirib və məlum protokol Albaniya parlamenti tərəfindən ratifikasiya olunub.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması ilə bağlı protokol Brüsseldə 29 ölkə tərəfindən imzalanıb. Hər bir ölkə protokolu parlamentdə ratifikasiya edəndən sonra Şimali Makedoniya Respublikası NATO-nun tamhüquqlu üzvü statusunu qazanacaq.