Partiya sədrindən Eldar Əzizova ittiham - ERMƏNİ LƏHCƏSİ İLƏ DANIŞIR

  • By admin
  • 04 Noyabr 2019 22:04

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu tənqid edib. Elşad Musayevin buna səbəb kimi isə Bakı merinin ana dilimizdə normal danışa bilməməsini qeyd edir. Gununsesi.org Elşad Musayevin sosial şəbəkə hesabındakı qeydlərini təqdim edir: “Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 22 yaşından indiyədək yüksək vəzifələrdə çalışır. İxtisasca tarixçidir. Adama bu ölkədə nə lazımdır, verilib. Amma o, bizim dövlət dilimizdə, ana dilimizdə erməni ləhcəsi ilə danışır. Elmar Məmmədyarovun bir başqa versiyasıdır. İllərlə bir millətin, bir dövlətin ən yüksək kürsülərində oturub o millətin, o dövlətin dilində təmiz danışmırsansa, bu dili öyrənmirsənsə, səndən heç nə çıxmaz”.