Paşinyan Ərdoğana qarşı HƏDDİNİ AŞDI: Şərəf və ləyaqəti…

  • By admin
  • 13 Dekabr 2019 18:39

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Senatının “erməni soyqırımı”nı tanıması ilə bağlı qətnaməsini alqışlayıb.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, baş nazir Türkiyənin Ermənistan dövləti və xalqı üçün ciddi təhlükə mənbəyi olduğunu da deyib.

“Türkiyə 30 ildir ki, bizimlə sərhədi qapalı saxlayır. ABŞ və digər ölkələrin qərarları Türkiyənin destruktiv və aqressiv siyasətini göstərir. İrəvan Türkiyə ilə diplomatik münasibətləri qeyri-şərtsiz bərpa etməyə hazırdır”.

 

Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “soyqırımı” açıqlamasını da pisləyib.

“Türkiyə prezidentinin “soyqırımı” qurbanları haqda bu il etdiyi ədəbsiz və ucuz açıqlama onların şərəfə və ləyaqətinin müdafiə olunmasına ehtiyacın qaldığını göstərdi”.

Gununsesi.org