Paşinyan istintaqa ifadə verdi

  • By admin
  • 25 Yanvar 2020 19:46
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ifadə verməyə çağırılıb.
Gununsesi.org-un TASS-a istinadən verdiyi xəbərə görə, N.Paşinyan yanvarın 23-də Xüsusi İstintaq Xidmətində ifadə verib.
Paşinyan mətbuat konfransında bildirib ki, 2010-ci ildə həbsdə olarkən naməlum maskalı şəxslər tərəfindən döyülməsi hadisəsi ilə bağlı zərərçəkmiş kimi sualları cavablandırıb.
O əlavə edib ki, bir nəfər onun döyülməsini kimin sifariş etdiyini bildiyini deyib.
Qeyd edək ki, N.Paşinyan bundan öncə də bir neçə dəfə istintaqda dindirilib.
Gununsesi.org