Paşinyan Lavrova görə Mnatsakanyanı qovur

Paşinyan Lavrova görə Mnatsakanyanı qovur

Nikol Paşinyan Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanı istefaya göndərə bilər.

Gununsesi.org xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, Paşinyanı Qarabağ məsələsiylə bağlı son hadisələr və Moskvanın mövqeyi xüsusilə narahat edib və Mnatsakanyan qarşısında yenidən istefa məsələsi gündəmə gətirilib.

Lavrovun Valday Klubundakı çıxışına diqqət yetirən Paşinyan Ermənistanın ünvanına bu cür ittihamın ilk dəfə səsləndirildiyini deyib:

“Mənbələrimiz təsdiq edir ki, bu bəyanatdan sonra qeyzlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı Rusiya ilə doğru iş aparmadığı üçün XİN rəhbəri vəzifəsindən azad etmək niyyətində olduğunu deyib”.

 

 

Gununsesi.org

COMMENTS