“Pay torpağı”nda çətənə kolları yetişdirən şəxs saxlanıldı - Lənkəranda

  • By admin
  • 01 Avqust 2016 10:39

len-1

 

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Gununsesi.info-nun məlumatına görə, keçirilən tədbir nəticəsində rayonun Moğonojba kənd sakini, 35 yaşlı Sultan Hüseyn oğlu Həsənova  məxsus “pay torpağı”nda  kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş 11 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlanıb. Aşkar edilən narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb. Şübhəli şəxs qismində saxlanılan Sultan Hüseynov barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İstintaqa verdiyi ifadəsində o, narkotik tərkibli bitkini şəxsi istifadəsi məqsədilə becərdiyini bildirib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində  Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

len-2

len-3

Gununsesi.info