Paytaxt restoranlarında dələduzluq -MÜŞTƏRİYƏ XİDMƏT HAQQI FIRILDAĞI

  • By admin
  • 25 İyun 2019 14:43

Bakıda fəaliyyət göstərən “Xəzri” Ailəvi İstirahət Mərkəzində müştərilərə qarşı dələduzluq edilib.

Gununsesi.org xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan qəbzdə xidmət haqqı adıyla bir neçə dəfə pul məbləği yazılıb. Diqqətli müştəri isə bu fırıldağı görərək, sosial şəbəkələrdə paylaşıb. Gununsesi.org-un əməkdaşı adıçəkilən restoranla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istəyib. Lakin restoranın telefonlarına cavab verən olmayıb.

Gununsesi.org