Paytaxtın 2 ərazisində yanğın faktı qeydə alınıb

  • By admin
  • 31 Oktyabr 2017 23:42

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. 

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki,  paytaxtın Nizami rayonunda ümumi sahəsi 60 m2 olan kafenin mətbəxində taxta rəflər 5 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nərimanov rayonunda isə “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qabaq təkəri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info