Pedofillikdə ittiham olunan aktyor intihar etdi

  • By admin
  • 11 Oktyabr 2018 20:32

Pedofillikdə ittiham olunan rusiyalı aktyor Mixail Fateyev həbsxanada intihar edib.

“Gununsesi” “TASS” agentliyinə istinadən xəbər verir ki, aktyor karantin kameralarının birində özünü öldürüb. Hadisə yerinə axtarış-xilasetmə qrupu cəlb olunub.

Xatırladaq ki, 44 yaşlı Fateyev oktyabrın 3-də internet vasitəsilə 14 yaşlı yeniyetməyə intim mesajlar göndərərək onunla cinsi əlaqədə olmağı təklif edib. Bundan başqa, aktyor qıza müxtəlif pornoqrafik şəkillər yollayıb.