Pekinin hava limanında təyyarə uçuş-eniş zolağından kənara çıxıb

  • By admin
  • 09 Dekabr 2017 22:01


Çinin “China Southern Airlines” aviaşirkətinə məxsus təyyarə Pekindən Quançjouya uçan zaman uçuş-eniş zolağından kənara çıxıb.
“Report” xəbər verir ki, bu barədə Pekinin Şoudu hava limanının rəhbərliyi məlumat yayıb.
“Sina” portalının yazdığına görə, hadisəyə avialaynerin daxili idarəetmə sistemində yaranan nasazlıq səbəb olub.
Bildirilir ki, insidentin baş verdiyi uçuş-eniş zolağı hazırda ştat rejimində işlyir.

Gununsesi.info