Penitensiar Xidmətdən Taleh Bağırzadə açıqlaması - ADİ QAYDADA CƏZASINI ÇƏKİR

  • By admin
  • 08 Fevral 2019 21:15

 

“Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, normal qaydada qidalanır”.

Gununsesi.org xəbər verir ki, bunu “Report”un sorğusuna cavabında Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Xidmət rəsmisi vurğulayıb ki, T.Bağırova qarşı heç bir qərəzli münasibət göstərilmir və o, digər məhbuslar kimi, adi qaydada cəzasını çəkməkdə davam edir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Taleh Bağırzadənin işgəncəyə məruz qaldığı,ona qarşı təxribat hazırlanma ehtimalına görə aclığa başlaması barədə xəbərlər dolaşır.

Gununsesi.org