Perunun keçmiş Baş naziri HƏBS EDİLDİ – Korrupsioner olduğuna görə

  • By admin
  • 27 Noyabr 2019 13:27

Perunun sabiq Baş naziri Sezar Villanueva korrupsiyada ittiham edilərək həbs olunub.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə “Twitter” də respublikanın baş prokuroru məlumat yayıb.

“Baş Prourorluq keçmiş Baş nazir Cesar Villanuevanın ilkin həbsini həyata keçirib” – , deyə özünün “Twitter” hesabında yazıb.

Bundan əlavə, ölkənin nəzarət orqanlarının iki yüksək vəzifəli məmuru və bu işlə əlaqəli olan iş adamı saxlanılıb. Onlar qanunsuz himayədarlıqda ittiham olunur.

Həbslə yanaşı, məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına siyasətçinin evində axtarış aparmağa da icazə verib.

Gununsesi.org