Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasından çıxarılıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasından çıxarılıb

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Təhsil Nazirliyinin kollegiyasının üzvlüyündən tərkibindən çıxarılıb.

Gununsesi-nin məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifinə əsasən belə bir qərar qəbul edib.

Beləliklə, bundan sonra təhsil nazirinin rəhbərlik etdiyi kollegiyanın üzvləri təhsil nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini olacaq.

COMMENTS