Peskov görüşün ertələnmə səbəbini açıqladı

  • By admin
  • 13 Avqust 2019 15:06

Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü liderlərin qrafikləri uyğunlaşdırılanda baş tutacaq.

TASS agentliyi xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, avqustun 14-də Soçidə baş tutmalı olan görüş prezidentlərin qrafiklərinin daha detallı əlaqələndirilməsinə ehtiyac səbəbindən təxirə salınıb və bu qrafikləri uyğunlaşdırmaq üçün müvafiq vaxt tapmaq lazımdır:

“Diplomatik kanallar vasitəsilə qrafiklərin sinxronlaşdırımasından sonra görüşün yeni tarixi barədə məlumat verəcəyik”.

Gununsesi.org