Pilot təyyarədə stüardessanı döydü- VİDEO

Pilot təyyarədə stüardessanı döydü

“Republican Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsində pilotla stüardessa arasında baş verən insident sosal şəbəkədə izlənmə rekordu qırıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Hadisə ABŞ-ın Denver şəhər aeroportunda 14 sentyabr tarixində baş versə də, görüntülər bu günlərdə sosial şəbəkəyə yerləşdirilib.

Təyyarədə 36 yaşlı pilot Uilyam Tomas və 29 yaşlı stüardessa Marişa Sporer dalaşıblar. Həmin vaxt təyyarənin göyərtəsində sərnişin olmayıb.

Kadrlardan görünür ki, stüardessa pilota yaxınlaşır və onun üzünə tüpürür. Pilotun ona cavabı isə daha sərt olur.

 

 

 

Gununsesi.org

COMMENTS