Pişik Günel Rəqsanəyə cavab verdi: “Öz oxuduğuna açıb baxsın” - QALMAQAL (ÖZƏL)

  • By admin
  • 13 İyun 2016 18:46

gunell

 

“Atv maqazin onlarla” verilişinin “Hit parad” rubrikasında Rəqsanə İsmayılovanın sətir altı Pişik Günelə sataşması müğənni tərəfindən xoş qarşılanmayıb. İfaçı Gununsesi.info-ya açıqlama verib:

“Əvvəllər 5 qat cavablarını verirdim. İndi daha sakit yanaşıram, yola verirəm gedir. Bir özünün “Youtube” kanalında oxuduğunu açıb baxsın. Şükür Allaha elə bir biabırçı səs yazımız yoxdu. Nə deyir desin. Böyük sənətçi haqqımda nəsə desəydi, pis olardım”.

Xatirladaq ki, Rəqsanə İsamayılova Əhməd Mustafayev ilə duet oxuyan  Özbəkistanın xalq artisti Mədinə Mumtazın ifasın xoşlamadığını söyləyib. Arxasınca “ciyiltili səsi var, Pişik Günelin ifasına oxşayır” deyərək ifaçını qıcıqlandırıb.

Sevinc Xeyrulla