Piyadanı “Niva” vurdu -“Qazel” də üstündən keçdi

  • By admin
  • 09 Dekabr 2018 20:49

Xaçmaz-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

“Gununsesi.org” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Çaxçaxlı kəndində qeydə alınıb.

Ədalət adlı piyadanı “Niva” markalı avtomobil vurub, arxadan gələn “Qazel” markalı avtomobil də sürətlə hərəkət etdiyindən onun üstündən keçib.

Vurulan piyadanın Xaçmaz morquna yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov