PKK-dan növbəti terror: - 3 ölü, 100-dən artıq yaralı (FOTOLAR)

  • By admin
  • 18 Avqust 2016 11:55
ppk1
PKK-şıların növbəti  hədəfi Elazığ oldu.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, PKK terrorçularının bomba ilə doldurduğu  TIR maşını bu dəfə Elazığdakı Polis İdarəsində partladı.
Elazığ valiliyindən verilən məlumata görə, bu gün səhər saatlarında baş verən terro hadisəsi nəticəsində 3 nəfər şəhid olub,100-dən artıq insan yaralanıb. Hadisə yerinə çoxsaylı ambulans cəlb edilib.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb.
Qeyd edək ki, iki gün öncə PKK terrorçuları Diyarbəkrdə polis idarəsinə basqn etmişdilər.
ppk
ppk2
Gununsesi.info