PKK Suriyada partlayış yörətdi: 17 nəfər öldü, xeyli yaralı var – Türkiyənin Müdafiə Nazirliyi

  • By admin
  • 27 Noyabr 2019 13:18

Suriyanın Ras əl-Ayn şəhərinin qərbindəki Tell-Xələf kəndində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik partlayışa görə PKK və YPG terror qruplaşmalarını günahlandırıb.

“PKK/YPG terror qruplaşmaları mülki şəxslərin məskunlaşdığı ərazilərdə avtomobillərin partladılmasını davam etdirir”, deyə nazirliyin “Twitter” səhifəsində qeyd olunub.