PKK-ya qarşı əməliyyat: 14 sığınacaq məhv edildi

  • By admin
  • 07 Fevral 2018 22:41


Türkiyənin Şırnak bölgəsinin Güclüqonaq rayonunda terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirilib.

Gununsesi.info xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı PKK-ya məxsus 14 sığınacaq məhv edilib.

Həmçinin 2 əl istehsalı partlayıcı qurğu ələ keçirilib. Əməliyyatın davam etdirildiyi bildirilib.

 

Gununsesi.info